Azərbaycan, Bakı, 13 fevral /Trend/
Lənkəranda iki balıqçı itkin düşüb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Nərimanabad kəndi ərazisindən 2 nəfər balıqçı balıq tutmaq məqsədilə dənizə çıxıb və geri qayıtmayıb.
Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.