Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İlkin İzzət/
Bakının mərkəzində bədbəxt hadisə baş verib.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 2-də paytaxtın Səbail rayonu ərazisində yaşayan Əziz Qurov həyətində çilingər cihazı ilə bıçaq itiliyən zaman cihazın daş çarxı qırılaraq sinəsinə dəyib. Nəticədə xəstəxanaya yerləşdirilmiş Ə.Qurov ölüb.
Araşdırma aparılır.
Bakının mərkəzində bədbəxt hadisə
Nəticədə xəstəxanaya yerləşdirilmiş Ə.Qurov ölüb.
