...

Bakıdakı məşhur ticarət mərkəzindəki oğurluğun ömrü cəmi 40 gün çəkdi

Hadisə Materials 3 Mart 2015 13:27 (UTC +04:00)
Bakıdakı “Moskva” ticarət mərkəzində qızıl şöbəsindən oğurluq etmiş Gürcüstan vətəndaşları tutulublar.
Bakıdakı məşhur ticarət mərkəzindəki oğurluğun ömrü cəmi 40 gün çəkdi

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İlkin İzzət/

Bakıdakı "Moskva" ticarət mərkəzində qızıl şöbəsindən oğurluq etmiş Gürcüstan vətəndaşları tutulublar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin yanvar ayının 22-də Nəsimi rayonu ərazisindəki "Moskva" ticarət mərkəzində Bakı şəhər sakini Kifayət Quliyevaya məxsus qızıl şöbəsindən qızıl əşyalar oğurlanıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşları Renat Qasanov və Elvar Novruzov tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti