...

Bakıda şantaj yolu ilə pul qazanmaq istəyən iki qadın tutulub

Hadisə Materials 4 Mart 2015 13:10 (UTC +04:00)
Bakılını şantaj edərək pul qazanmaq istəyən Masallı rayon sakinləri tutulublar.
Bakıda şantaj yolu ilə pul qazanmaq istəyən iki qadın tutulub

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlkin İzzət/

Bakılını şantaj edərək pul qazanmaq istəyən Masallı rayon sakinləri tutulublar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də Bakı şəhərində paytaxt sakini Zəminə Məmmədova (ad və soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 3000 ABŞ dollarını alarkən iki nəfər tutulub.

Bunlar Masallı rayon sakinləri Nigar Seyfullayeva və Günay Ağayeva olublar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti