Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İlkin İzzət/
Qusar rayonunda intihar faktı qeydə alınıb.
Qusar rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 5-də Qusar şəhər sakini, 1965-ci il təvəllüdlü Vahid Seyidovun yaşadığı evin həyətinində yarımtikilidə meyiti aşkar edilib. O, özünü asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.