Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İlkin İzzət/
Masallıda evi soyaraq yandırmış dəstənin üzvləri tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Masallı rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də Şöhrəddin Məmmədovun evindən oğurluq etmiş, sonra da evi yandırmış şəhər sakinləri, Asim Əzizov və əvvəllər məhkum olunmuşlar - Məhəmməd Tahirov və Zaman Hüseynzadə tutulublar.