...

Gəncədə yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

Hadisə Materials 15 Mart 2015 22:20 (UTC +04:00)
Gəncədə baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb.
Gəncədə yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 15 mart /Trend/

Kəpəz TV (Region TV) veriən məlumata görə, bu gün axşam saat 21.30 radələrində Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəza hadisəsi baş verib.

Opel markalı avtomobillə Mercedesin toqquşmasından sonra Opeldə olan bir ailənin 4 üzvü Şəmkir sakinləri 41 yaşlı Akif Kazımov, onun həyat yoldaşı 37 yaşlı Elnarə Əliyeva, oğlu 10 yaşlı Sərxan Kazımov və qayınanası 63 yaşlı Elza Fəttahova müxtəlif dərəcəli xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına gətirilib.

Opelin sürücüsü Aqil Mehtiyev isə qəzadan yüngül xəsarətlərlə xilas ola bilib. Mercedesin sükan sahibi isə hadisədən sonra ərazidən uzaqlaşıb. Opelin sürücüsü Aqil Mehtiyevin sözlərinə görə qarşıdan gələn nəqliyyat vasitəsi anidən onun yoluna çıxıb və bu zaman qəza baş verib. Mehtiyev həmçinin sürücü həmkarının ağır dərəcəli sərxoş olduğunuda iddia edir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti