Azərbaycan, Bakı, 19 mart /Trend/
Əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə 7 dəfə azadlıqdan məhrum edilmiş şəxs bu dəfə 1 kiloqrama yaxın narkotik vasitələrlə saxlanılıb.
Trend Region TV-yə istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini 48 yaşlı Samir Tahirzadə saxlanılıb.
Ondan ümumi çəkisi 1 kiloqrama yaxın olan həşiş və heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib: "1500 manata almışam, özüm istifadə edirəm. İmkan olsaydı satacaqdım. Yarısı heroin, yarısı marixuanadır".
Saxlanılan şəxs jurnalistlərə də etirazını bildirib: "Çəkirsən, tez çək, çıx get. Mən xəstə adamam, 30 ilin iynə vuranıyam, nervimlə oynama".
Faktla bağlı cinayət işi qaldırılıb.