...

Bakıda ev yanıb, 86 yaşlı kişi ölüb

Hadisə Materials 5 Aprel 2015 12:32 (UTC +04:00)
Bakı şəhəri, Binəqədi rayonunda 1929-cu il təvəllüdlü Yeqorov Aleksandr Konstatinoviçə məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Bakıda ev yanıb, 86 yaşlı kişi ölüb

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Bakıda evdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda 1929-cu il təvəllüdlü Yeqorov Aleksandr Konstatinoviçə məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibi A.K.Yeqorovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti