Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İlkin İzzət/
İsmayıllı rayon sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 11-də İsmayıllı rayonunun Basqal qəsəbəsindəki yarımstansiyada rayon elektrik şəbəkəsində montyor işləyən qəsəbə sakini Mansur Cabbarov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla əlaqədar araşdırma aparılır.