Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İlkin İzzət/
Keçmiş məhkum Bakıda 1 kiloqramdan çox heroinlə tutuldu.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü Camal Ağanəcəf oğlu Cəbrayılovdan 1 kiloqram 10 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.