...

Bakıda neft yatağında oğurluq

Hadisə Materials 1 May 2015 13:16 (UTC +04:00)
Bakıda neft yatağından oğurluq etmiş şəxs tutulub.
Bakıda neft yatağında oğurluq

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İlkin İzzət/

Bakıda neft yatağından oğurluq etmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) yataqlarından birindən 18 metr elektrik kabelini kəsərək oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şamil Poladov tutulub.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti