...

Suraxanıda mərasim evi yandı, avtomobillər deformasiyaya uğradı

Hadisə Materials 7 İyun 2015 20:06 (UTC +04:00)
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 350 kv.m olan mərasim evinin yanar konstruksiyaları yanıb.
Suraxanıda mərasim evi yandı, avtomobillər deformasiyaya uğradı

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 350 kv.m olan mərasim evinin yanar konstruksiyaları yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın zamanı mərasim evinin yaxınlığında dayanmış vətəndaşlara məxsus 2 ədəd "KİA" və 1 ədəd "NİSSAN" markalı minik avtomobilləri yüksək temperaturdan deformasiyaya uğrayıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti