...

Ələt-Astara yolunda qəza baş verib

Hadisə Materials 22 İyun 2015 09:13 (UTC +04:00)
Ələt-Astara yolunda yanğınla nəticələnən yol qəza hadisəsi qəza baş verib.
Ələt-Astara yolunda qəza baş verib

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Ələt-Astara yolunda yanğınla nəticələnən yol qəza hadisəsi qəza baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ələt-Astara yolunun 149-cu kilometrliyində, Cəlilabad rayonu ərazisində VOLKSWAGEN" markalı minik avtomobilinin "ZİL" markalı yük avtomobili ilə toqquşması nəticəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib.

Yanğın nəticəsində "VOLKSWAGEN" markalı minik avtomobilin mühərrik hissəsində elektrik avadanlığı yanıb.

Minik avtomobilinin qalan hissəsi, yük avtomobili və banına yığılmış 2 ton ot bağlaması yanğından mühafizə olunub.

Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti