Azərbaycan, Bakı, 13 iyul /Trend/
Füzuli və Beyləqan rayonlarında yanğın baş verib
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Füzuli rayonu, Alxanlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 50 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır.
Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunmuşdur.
Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində "KRAUN KO" MMC-yə məxsus ərazidə 50 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır.
Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur.
Yanğın saat 17:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Beyləqan rayonunda vətəndaşa məxsus həyətyanı sahədə 25 ton ot bağlaması yanmışdır.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.
Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.