Azərbaycan, Bakı, 14 iyul /Trend/
Skuterin yanacağının qurtarması səbəbindən 1 nəfər dənizdə köməksiz vəziyyətdə qalıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda skuterin yanacağının qurtarması səbəbindən 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Vətəndaş nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.