...

Həmkəndlisini tüfənglə vurdu, təslim oldu

Hadisə Materials 17 İyul 2015 16:09 (UTC +04:00)
Yevlax rayonu, Yuxarı Qaxun kənd sakini həmkəndlisini qətlə yetirib.
Həmkəndlisini tüfənglə vurdu, təslim oldu

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Yevlax rayonu, Yuxarı Qaxun kənd sakini həmkəndlisini qətlə yetirib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, iyulun 16-da Yevlax rayonu, Yuxarı Qaxun kəndində kənd sakini Kamil Qədirov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Sənan Qədirova xəsarət yetirib.

Nəticədə S.Qədirov hadisə yerində ölüb.

K.Qədirov könüllü olaraq Yevlax RPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəngi təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti