...

Dənizdə batan yeniyetmənin cəsədi tapılıb

Hadisə Materials 27 İyul 2015 20:00 (UTC +04:00)
Dənizdə batan şəxsin cəsədi tapılıb.
Dənizdə batan yeniyetmənin cəsədi tapılıb

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Dənizdə batan şəxsin cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Sabunçu rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 5 km aralı, nəzarətsiz ərazidə) 1999-cu il təvəllüdlü Abbasov Əmrah Qədir oğlunun suda batması haqqında məlumat daxil olub.

Ə.Abbasovun cəsədi batdığı yerdən 10 metr aralıda, "Nardaran-1" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti