...

Yevlaxda saxta əsginaslar, narkotik və dərman preparatları aşkarlanıb

Hadisə Materials 3 Avqust 2015 14:23 (UTC +04:00)
Yevlaxda “Mercedes” markalı avtomobildən saxta əsginaslar, narkotik vasitə və müxtəlif növ dərman preparatları götürülüb.
Yevlaxda saxta əsginaslar, narkotik və dərman preparatları aşkarlanıb

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Elmir Murad/

Yevlaxda "Mercedes" markalı avtomobildən saxta əsginaslar, narkotik vasitə və müxtəlif növ dərman preparatları götürülüb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qurumun Baş Cinayət Axtarış İdarəsi, Yevlax RPŞ və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonunun Aşağı Qarxun kəndinin ərazisində Göygöl rayon sakini Əli Mahmudovun idarə etdiyi "Mercedes" markalı avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı ümumi məbləği 26,550 manat olan 41 ədəd 100 manatlıq, 415 ədəd 50 manatlıq, 72 ədəd 20 manatlıq, 23 ədəd 10 manatlıq və 6 ədəd 5 manatlıq saxta əsginaslar, 0,428 qram heroin və müxtəlif növ dərman preparatları aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti