Azərbaycan, Bakı, 6 avqust /Trend/
Filippində "Soudelor" tayfununun səbəb olduğu daşqın nəticəsində ən azı 5 nəfər həlak olub, 3 nəfər itkin düşüb.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, ən çətin vəziyyət Mindanao adasında qeydə alınıb.
Tayfuna görə arxipelaqda güclü yağışlar yağır.
Yaşayış məntəqələrinin əksəriyyəti su altında qalıb.
Mindanaoda ümumilikdə 2 min nəfərə yaxın insan xəsarət alıb.