...

Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 8 Avqust 2015 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Ağstafa rayonunda sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 7-də saat 15 radələrində Ağstafa rayonunun Poylu kəndində kənd sakini Vüqar Dünyamalıyev idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Sürücü xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü xəsxətanada ölüb.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti