...

Ölüm onları yolun kənarında haqladı…

Hadisə Materials 20 Avqust 2015 12:49 (UTC +04:00)
Kürdəmir və Qəbələ rayonlarında avtomobillə vurulan şəxslər ölüblər.
Ölüm onları yolun kənarında haqladı…

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İlkin İzzət/

Kürdəmir və Qəbələ rayonlarında avtomobillə vurulan şəxslər ölüblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 19-da saat 05 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndində Göygöl rayon sakini Elyar İsgəndərov idarə etdiyi "Ford" markalı avtomobillə yolun kənarında dayanmış Bakı şəhər sakini Asif Əhmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Elə həmin gün saat 22 radələrində Qəbələ rayonunun Zarağan kəndində rayon sakini Murad Musayev idarə etdiyi "Opel" markalı avtomobillə yolun kənarında dayanmış həmyerlisi Xəqani Əliyevi vurub. X.Əliyev hadisə yerində ölüb.

Hər iki hadisə ilə əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti