...

Nabrandakı “Sevdiyim məkan”da əxlaqsızlıq yuvası

Hadisə Materials 27 Avqust 2015 13:14 (UTC +04:00)
Xudat şəhər sakininin istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Nabrandakı “Sevdiyim məkan”da əxlaqsızlıq yuvası

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İlkin İzzət/

Xudat şəhər sakininin istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xudat şəhər sakini Elçin Cəfəri saxlanılıb. Onun Nabran kəndində yerləşən "Sevdiyim məkan" istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti