Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/
Qadını şantaj edərək ondan külli miqdarda pul tələb edən Bakı şəhər sakini edərkən tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elvin Nəbiyev internet vasitəsi ilə tanış olduğu qadın barəsində rüsvayedici videogörüntülər yayacağı ilə hədələyib, ondan 10.000 manat tələb edərkən tutulub.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.