Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir İlkin İzzət/
Bakıda 62 yaşlı kişi intihar edib.
Xəzər rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, paytaxtın Suraxanı qəsəbəsində yaşayan 1953-cü il təvəllüdlü Elxan Sultanov özünü Xəzər rayonu Binə qəsəbəsi ərazisində, yolun kənarındakı yaşıllıq massivində ağacdan asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.