Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda keçmiş məhkumdan narkotik vasitə götürülüb.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Sabunçu RPİ NMB və CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Kürdaxanı qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Ramiz Qədiməliyevdən 3,070 qram, yaşadığı evdən isə 1 kiloqram 200 qram tiryək götürülüb.
Faktla bağlı araşdırma aparılır.