Sumqayıtda bir ay əvvəl itkin düşmüş qadının qətlə yetirildiyi məlum olub

Hadisə Xəbər 23 Sentyabr 2015 13:42 (UTC +04:00)
Sumqayıt şəhərində bir ay əvvəl qətlə törətmiş şəxs tutulub.
Sumqayıtda bir ay əvvəl itkin düşmüş qadının qətlə yetirildiyi məlum olub

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

Sumqayıt şəhərində bir ay əvvəl qətl törətmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyeva evdən çıxıb, geri qayıtmayıb.

Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalmış meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti