Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/
Rusiyada və Gürcüstanda axtarışda olan azərbaycanlılar tutulub.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada qətlə görə axtarışda olan Nicat Kiçibəyov tutulub.
Qeyd edək ki, N.Kiçibəyov barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə (qəsdən adam öldürmə) axtarış elan edilib.
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Gürcüstan Respublikasında axtarışda olan Bakı şəhər sakini Eldar Əhmədov tutulub.
Qeyd edək ki, onun brəsində Gürcüstanın Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 239-cu (xuliqanlıq) maddələri ilə axtarış elan edilib.