Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Elmir Murad/
Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, oktyabrın 27-də saat 1 radələrində rayonu Ümid qəsəbəsində Xırdalan şəhər sakini Saleh Tapdıqov idarə etdiyi "Shacman" markalı avtomobillə yolun kənarında dayanmış Zaqatala rayon sakini Nəsihət Məmmədovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.