...

Gömrükçülər sərnişinin daxili orqanında psixotrop maddələr aşkar etdi

Hadisə Materials 3 Noyabr 2015 12:02 (UTC +04:00)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Sankt Peterbur-Bakı aviareysi ilə gələn sərnişindən isə 72 qrama qədər psixotrop maddə aşkar edərək götürüb.
Gömrükçülər sərnişinin daxili orqanında psixotrop maddələr aşkar etdi

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Sankt Peterbur-Bakı aviareysi ilə gələn sərnişindən isə 72 qrama qədər psixotrop maddə aşkar edərək götürüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan vətəndaşı Ağami Seyid-Hüseyn Mirmehti oğlu gömrük nəzarətindən keçdikdən sonra saxlanılıb. Qanunvericiliyə uyğun şəkildə onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanı-düz bağırsağından 3 ədəd bükümdə 71,604 qram ağ rəngli, kristal şəklində narkotik vasitə - metadon aşkar olunub.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti