...

Şəmkirdə ağır yol qəzası: 2 yaralı (FOTO)

Hadisə Materials 10 Noyabr 2015 18:19 (UTC +04:00)
Şəmkirdə ağır yol qəzası baş verib.
Şəmkirdə ağır yol qəzası: 2 yaralı (FOTO)

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Şəmkirdə ağır yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzasında 3 nəfər xəsarət alıb.

Hadisə bu gün günorta saatlarında Bakı-Qazax avtomagistralının Şəmkir rayonu Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verib. Əliyaqublu kənd sakini 34 yaşlı Ceyhun İsgəndərovun idarə etdiyi "Mercedes" markalı avtomobil rayonun Keçili kəndi istiqamətindən gələn "VAZ 2106" markalı maşınla toqquşub. Nəticədə VAZ-da olan 2 nəfər - sürücü 45 yaşlı Kamran Əsgərov və sərnişini 44 yaşlı Əşrəf Məhərrəmov ağır bədən xəsarətləri alıb.

Yaralılar Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. "Mercedes"in sürücüsünə isə ambulator yardım göstərilib.

Həkim Anar Qasımov deyib: "Şəmkir Mərkəzi Rayon Xəstəxanasına qəza nəticəsində xəsarət alan 3 nəfər gətirilib. Xəstələrdən birinə yardım göstərildikdən sonra evə buraxılıb. Digər iki xəstə hazırda stasionar müalicədədir. Onların vəziyyəti orta-ağır qiymətləndirilir".

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb VAZ 2106-nın sürət həddini aşması olub.

Qəzanın dəqiq səbəbi isə polisin araşdırmasından sonra bilinəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti