...

Gəncə sakini Bakıda külli miqdarda narkotiklə saxlanıldı

Hadisə Materials 18 Noyabr 2015 12:54 (UTC +04:00)
Külli miqdarda narkotik vasitə saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Bakıda saxlanılıb.
Gəncə sakini Bakıda külli miqdarda narkotiklə saxlanıldı

Bakı. Trend:

Külli miqdarda narkotik vasitə saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Bakıda saxlanılıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Elman Mirzəyev saxlanılıb.

Polis E.Mirzəyevin əlindəki selofan torbada 8 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlayıb.

Hazırda E.Mirzəyevin narkotik vasitəni haradan və hansı məqsədlər üçün əldə etdiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti