...

Qəza törədən sürücü Polis İdarəsinə, avtobus cərimə meydançasına aparılıb

Hadisə Materials 23 Noyabr 2015 10:23 (UTC +04:00)
Bakıda baş vermiş yol-nəqliyyat hadisəsini törədən sürücü Sergey Panovun Suraxanı rayon Polis İdarəsində ifadəsi alınır.
Qəza törədən sürücü Polis İdarəsinə, avtobus cərimə meydançasına aparılıb

Bakı. Elmir Murad - Trend:

Bakıda baş vermiş yol-nəqliyyat hadisəsini törədən sürücü Sergey Panovun Suraxanı rayon Polis İdarəsində ifadəsi alınır.

Bunu Trend-ə Suraxanı rayon Polis İdarəsindən bildiriblər.

İdarədən verilən məlumata görə, toqquşan avtobus və minik avtomobili isə cərimə meydançasına aparılıb.

Qeyd edək ki, bu gün səgər saatlarında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Sergey Panovun idarə etdiyi "VAZ 2104" markalı minik maşını sərt döngədə 104 saylı xətt üzrə hərəkət edən avtobusun yoluna çıxıb.

Nəticədə "Jiquli" gəldiyi sürətlə də ictimai nəqliyyata çırpılıb.

Qəza nəticəsində "Jiquli"nin sürücü ilə yanaşı avtobusda olan 45 yaşlı Natavan Ağayeva xəsarət alıb. Hər iki yaralı təcili tibbi yardımla xəstəxanaya aparılsa da, xəsarətləri ağır olan "VAZ"ın sürücüsü travmatologiya şöbəsinə yerlədirilib.

N.Ağayeva isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Qəza ilə bağlı araşdırmalar Suraxanı rayon Polis İdarəsində aparılır. Hadisəyə səbəb kimi, "Jiquli"nin sürücüsünün sürət həddini aşması və sərxoş halda sükan arxasına keçməsi göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti