...

Baş Prokurorluq ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb

Hadisə Materials 25 Noyabr 2015 12:23 (UTC +04:00)
Neftçalada yol-nəqliyyat hadisəsi ölümə səbəb olub.
Baş Prokurorluq ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb

Bakı. Elmir Murad - Trend:

Neftçalada yol-nəqliyyat hadisəsi ölümə səbəb olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə daxil olan məlumata görə, Neftçala rayon sakini Dabil Mustafayev sürücülük vəsiqəsi olmadan idarə etdiyi atasına məxsus "VAZ-1043" markalı, 47-BD-087 dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Qaçaqkənd-Xəzərkənd yolunda hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2005-ci il təvəllüdlü Aysel Nəcəfovanı vurub. Hadisə nəticəsində sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Neftçala rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

D.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti