...

Bakıda mənzildən meyit tapılıb

Hadisə Materials 27 Noyabr 2015 09:28 (UTC +04:00)
Bakının Suraxanı rayonunda mənzildən meyit tapılıb.
Bakıda mənzildən meyit tapılıb

Bakı. Trend:

Bakının Suraxanı rayonunda mənzildən meyit tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1956-cı il təvəllüdlü Öner Resul bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. R.Önerin cəsədi aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 00:06-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti