...

Arvadını yaralayan, özünə bıçaqla xəsarət yetirən şəxs barədə açıqlama

Hadisə Materials 30 Noyabr 2015 14:05 (UTC +04:00)
Zaqatalada bədbəxt hadisə baş verib.
Arvadını yaralayan, özünə bıçaqla xəsarət yetirən şəxs barədə açıqlama

Bakı. Elmir Murad - Trend:

Zaqatalada bədbəxt hadisə baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Bəhmətli kəndində yaşayan Nəsimi İbrahimov evində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə arvadı Zümrüdə sinə nahiyəsindən xəsarət yetirib. Daha sonra özünə də qarın nahiyəsindən bıçaqla xəsarətlər yetirib. Onlar hər ikisi xəstəxanaya yerləşdirilsə də, Nəsiminin həyatını xilas etmək mümkün olmayıb. Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən "İJ-28" markalı ov tüfəngi götürülüb.

Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti