...

DİN İmişlidəki ağır yol qəzası ilə bağlı məlumat yaydı: 3 ölü, 1 yaralı

Hadisə Materials 26 Dekabr 2015 13:54 (UTC +04:00)
İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN İmişlidəki ağır yol qəzası ilə bağlı məlumat yaydı: 3 ölü, 1 yaralı

Bakı. Trend:

İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən məlumat verir ki, dekabrın 26-da saat 01 radələrində İmişli şəhərində şəhər sakini Elçin Kərimov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Nazim Pənahova məxsus "ZiL" markalı avtomobilə vurub. Nəticədə E.Kərimovun sərnişinləri Elçibəy Mürşüdov, Valeh Əmirov və Samir Cavadov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

İmişli rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti