...

Göygöldə qətl törədilib

Hadisə Materials 10 Yanvar 2016 15:17 (UTC +04:00)
Göygöldə bir nəfər şəxs bıçaqlanaraq qətlə yetirilib
Göygöldə qətl törədilib

Bakı. Trend:

Göygöl rayonunun Şəhriyar kəndi ərazisindəki meşədə üzərində bıçaq xəsarətləri olan kişi meyiti aşkarlanıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qətlə yetirilənin şəxsiyyəti hələlik müəyyən edilməyib. Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetirildiyi araşdırılır.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə gətirilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti