...

Gəncədə VAZ-lar toqquşub, yaralı var

Hadisə Materials 11 Yanvar 2016 15:58 (UTC +04:00)
Gəncədə yol qəzası baş verib.
Gəncədə VAZ-lar toqquşub, yaralı var

Bakı. Trend:

Gəncədə yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, hadisə bu gün günorta saatlarında Gəncə şəhərinin Nizami prospekti ilə Eminbəyli küçəsinin kəsişməsində qeydə alınıb.

VAZ markalı 2 avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, 46 yaşlı Gəncə şəhər sakini Rüstəm Məmmədov xəsarət alıb. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti