...

Bakıda mənzildən iki meyit tapıldı

Hadisə Materials 19 Yanvar 2016 09:24 (UTC +04:00)
Bakıda mənzildən iki meyit aşkarlanıb.
Bakıda mənzildən iki meyit tapıldı

Bakı. Samir Əli - Trend:

Bakıda mənzildən iki meyit aşkarlanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşların cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 03:26-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti