...

Şəmkirdə iki oğurluq faktının üstü açıldı (FOTO)

Hadisə Materials 22 Yanvar 2016 16:22 (UTC +04:00)
Şəmkirdə iki oğurluq faktının üstü açılıb.
Şəmkirdə iki oğurluq faktının üstü açıldı (FOTO)

Bakı. Trend:

Şəmkirdə iki oğurluq faktının üstü açılıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Şəmkirdə mağazalara qənim kəsilən iki nəfər saxlanılıb. Həmin şəxslər iki gecədə iki müxtəlif mağazanı qarət etməkdə şübhəli bilinirlər.

Şəmkir sakinləri Bəxtiyar Bilalov və Səməd Rzayev rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus mağazaların naməlum şəxslər tərəfindən qarət edildiyini bildiriblər. Hər iki obyektin bir-birinə yaxın ərazidə yerləşməsi və oğurluq faktlarının iki gün ərzində ardıcıl baş verməsi polisdə cinayətin eyni şəxslər tərəfindən törədilməsi ehtimalını yaradıb. Çox keçməyib ki, bu gümanlar özünü doğruldub. Məlum olub ki, hər iki cinayəti 22 yaşlı yaşlı Şəmkir sakinləri törədiblər.

Müstəntiq Taleh Şamilov deyib ki, Şəmkir rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hər iki oğurluq hadisəsinin Şəmkir şəhər sakinləri 1994-cü il təvəllüdlü Emin Səfərli və Fərdi Mustafazadə tərəfindən törədilməsi müəyən edilib. Hər iki şəxs maddi sübutlarla birlikdə saxlanılıb.

"Çağırılmamış qonaqlar" mağazalardan müxtəlif markalı mobil telefonlar və onların aksesuarlarını, eləcə də nağd pul oğurlayıblar. Pulu dərhal öz aralarında bölsələr də, digər qənimətlərdən xeyir götürə bilməyiblər.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb, istintaq aparılır. Həmin şəxslərin digər oğurluq faktlarında iştirakı araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti