...

Bakıda evlər, Balakəndə isə tövlə yanıb

Hadisə Materials 27 Yanvar 2016 02:16 (UTC +04:00)
Paytaxt Bakıda və Balakən rayonunda bir sıra yanğın hadisələri baş verib.
Bakıda evlər, Balakəndə isə tövlə yanıb

Bakı. Trend:

Paytaxt Bakıda və Balakən rayonunda bir sıra yanğın hadisələri baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan 2 otaqlı mənzilin 1 otağında arakəsmə divar 0.5 kv.m sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Həmçinin Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 15 km aralı) isə vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanıbr. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti