Bakı. Samir Əli-Trend:
Rusiyada adam öldürməkdə ittiham olunaraq istintaqdan gizlənən şəxs Bakıda yaxalanıb.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adam öldürmə), 162, 209, 162, 163 və 222-ci (prosesual hərəkətlərin aparılması) maddələri ilə axtarışda olan Murad Məmmədov tutulub.