...

“Volvo”da baş verən yanğın yaxınlıqdakı “Bentley”ni də yandırdı

Hadisə Materials 6 Fevral 2016 14:10
Bakıda “Volvo” markalı avtomobildə baş verən yanğın yaxınlıqdakı “Bentley”yə də ziyan vurub.
“Volvo”da baş verən yanğın yaxınlıqdakı “Bentley”ni də yandırdı

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda "Volvo" markalı avtomobildə baş verən yanğın yaxınlıqdakı "Bentley"yə də ziyan vurub.

Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 5-də Yasamal rayonunun A.Şərifzadə küçəsində üzərində dövlət qeydiyyat nişanları olmayan "Volvo" markalı atomobildə yanğın baş vermiş və yanğından yaxınlıqda dayanmış "Bentley" markalı avtomobilin arxa qanadının rəngi qopmuş, sağ arxa ışığı ərimişdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır.

Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən hadisənin Bakı şəhər sakini Vasif Eyvazov tərəfindən törədilməsi müəyyən edilib. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti