...

Sabirabadda qətl

Hadisə Materials 13 Fevral 2016 12:52 (UTC +04:00)
Sabirabad rayonunda qətl hadisəsi baş verib.
Sabirabadda qətl

Bakı. Samir Əli - Trend:

Sabirabad rayonunda qətl hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 12-də Sabirabad şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Raqif İsmayılov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının apardığı tədbirlərlə qətli törətməkdə şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti