...

İtkin düşmüş Gəncə sakininin qətlə yetirildiyi məlum olub

Hadisə Materials 3 Mart 2016 12:25 (UTC +04:00)
Fevralın 25-də itkin düşmüş Gəncə şəhər sakininin qətlə yetirildiyi məlum olub.
İtkin düşmüş Gəncə sakininin qətlə yetirildiyi məlum olub

Bakı. Trend:

Fevralın 25-də itkin düşmüş Gəncə şəhər sakininin qətlə yetirildiyi məlum olub.

Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 2-də Göygöl RPŞ-yə fevralın 25-də itkin düşmüş Gəncə şəhər sakini Eldar Əliyevin rayonun Balçılı kəndində küt alətlə qətlə yetirilib basdırılması barədə məlumat daxil olub.

E.Əliyevin meyiti eksqumasiya edilib.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Balçılı kənd sakinləri Cavid Cəfərov və Cinayət Məcəlləsinin 144 və 182-ci maddələri ilə axtarışda olan Qoçu Kərimov tutulub, digər 2 nəfər isə müəyyən edilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti