...

Xaçmazda ev, Şəkidə mal dolu mağaza yanıb

Hadisə Materials 11 Mart 2016 09:22 (UTC +04:00)
Gecə saatlarında Xaçmazda və Şəkidə yanğın faktı qeydə alınıb.
Xaçmazda ev, Şəkidə mal dolu mağaza yanıb

Bakı. Trend:

Gecə saatlarında Xaçmazda və Şəkidə yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xaçmaz rayonu, Ağçay kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin tüstü bacasının ətrafı 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəki rayonunda isə Baş Küngüt kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümümi sahəsi 180 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan ərzaq malları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti