...

Sumqayıtda maşın vuran piyadanın üstündən yük maşını keçdi

Hadisə Materials 21 Aprel 2016 12:36 (UTC +04:00)
Sumqayıtda ağır yol qəzası baş verib.
Sumqayıtda maşın vuran piyadanın üstündən yük maşını keçdi

Bakı. Trend:

Sumqayıtda ağır yol qəzası baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı xəbərə görə, aprelin 20-də saat 20 radələrində Sumqayıt şəhərinin Yaşma qəsəbəsində qəsəbə sakini Nizami Əliyev idarə etdiyi "Kia" markalı avtomobillə yolu keçən şəhər sakini Əlişirin Qasımovu vurub.

Hadisə zamanı yol ilə hərəkətdə olan müəyyən edilməmiş yük avtomobili Ə.Qasımovun üzərindən keçib. Ə.Qasımov hadisə yerində ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti