Bakı. Trend:
Rels birləşdiricilərini oğurlamağa cəhd göstərmiş şəxs tutulub.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Nəqliyyatda Baş Polis İdarsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da Şirvan çeşidləmə stansiyasının ərazisindən 13 ədəd rels birləşdiricisini oğurlamağa cəhd göstərmiş şəhər sakini Elşad Xudayev tutulub.