...

Qubada ev yanıb

Hadisə Materials 13 May 2016 14:01 (UTC +04:00)
Gündüz saatlarıdna Qubada yanğın faktı qeydə alınıb.
Qubada ev yanıb

Bakı. Trend:

Gündüz saatlarıdna Qubada yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun İkinci Nügədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə və dam örtüyü 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti